
MəhsullarNar şirəsi
Nar şirəsi ekoloji cəhətdən təmiz və təbii meyvələrdən hazırlanmış, birbaşa sıxılmış, şəkər əlavəsiz və konservantsızdır.
Məhsullarımız şüşə açıldıqdan sonra 0-6 C tempraturda 3 günə qədər saxlanıla bilər. Təbii çöküntü mümkündür. Qablaşdırma tarixi və son istifadə müddəti qapağın üzərində qeyd edilir.
Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir. Nar şirəsi həzm sistemi üçün çox faydalıdır. Şirənin tərkibində olan taninlər, pektinlər və folasin mədə-bağırsaq traktının iltihabi xəstəliklərini aradan qaldırır, mədəni normallaşdırır və aktivləşdirir, həzmi və iştahı yaxşılaşdırır.
- Təbii yetişdirilmiş
- Ekoloji cəhətdən təmiz
- Peşəkar istehsal
- Keyfiyyətli qablaşdırma

MəhsullarNarşərab
Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan narşərab, adından göründüyü kimi nar şirəsindən hazırlanmış, adətən balıq və ət yeməklərində, xüsusən kababda ədviyyat kimi istifadə olunan sousdur. Nar meyvəsinin malik olduğu keyfiyyətlər: yüksək miqdarda vitamin C, meyvə turşuları, antioksidləşdiricilər tam şəkildə narşərabda da öz əksini tapmışdır.
- Təbii yetişdirilmiş
- Ekoloji cəhətdən təmiz
- Peşəkar istehsal
- Keyfiyyətli qablaşdırma