

Biz kimik?Haqqımızda
Azərbaycanın ən böyük nar istehsalçılarından olan Shahnar şirkərti on ildən artıqdır kı, öz fəaliyyətini fərqimiz keyfiyyətimizdir devizi altında davam etdirir. Məhsullarımız Kürdəmir rayonunun Karrar kəndində 60 hektar ərazidə salınmış nar bağlarında yüksək ixtisaslı aqronomlar tərəfindən qulluq olunaraq beynəlxalq standartlara uyğun yetişdirilən keyfiyyətli nar çeşidlərindən xüsusi peşakarlıqla hazırlanır.
Belə ki, münbit torpaqlarda və müasir standartalara uyğun suvarma vasitəsi ilə təchiz olunmuş ərazidə salınan nar bağımızdan toplanan narın bir hissəsi meyvə şəklində, digər hissəsi isə müxtəlif çeşidli məhsullara emal olunaraq yerli və xarici bazarlara satılır.
Emal prosesində peşəkar mütəxəssislərin nəzarəti altında heç bir əlavə qatqısı olmayan şirə çəkilir və müvafiq beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq aseptik çənlərdə saxlanılır. Daha sonra müxtəlif çeşiddə emal olunmuş məhsullar zövqlə və yüksək keyfiyyət ilə qablaşdırılaraq müştərilərə təqdim edilir.
Kəmiyyətdən çox keyfiyyətə üstünlük verən şirkətimiz yığdığı narı və emal etdirdiyi məhsulları yerli bazarla birlikdə Rusiya, Çin, Ukrayna, Fransa və Qətər kimi ölkələrə ixrac edir.
Shahnar markası qısa müddət ərzində hər zaman ağız dadına və məhsulun keyfiyyətinə önəm verən bütün müştərilərin seçimi olmuş və Azərbaycan istehsalı olan məhsullarımız öz spesifik xüsusiyyətlərinə görə dünya bazarında da layiqli yerini tutmaqdadır.
Hal-hazırda əsas məhsullarımız ekoloji cəhətdən təmiz və təbii meyvələrdən hazırlanmış, birbaşa sıxılmış, şəkər əlavəsiz və konservantsız Nar şirəsi və onadan hazırlanmış Narşərabdır. Qarşıdakı hədəfimiz isə məhsullarımızın sayını artıraraq bu siyahıya Narça ilə Nar şərabını da daxil etməkdir.
Emal etdiyimiz məhsullarımızın hər biri ISO 22000, ISO 9001 və FQC sertifikatlarının tələblərinə uyğun yüksək keyfiyyət standartlarına cavab verməklə yanaşı beynəlxalq KOSHER və HALAL sertifikatlarına da sahibdir.

