Kəmiyyətdən çox keyfiyyətə üstünlük verən şirkətimiz yığdığı narı və emal etdirdiyi məhsulları yerli bazarla birlikdə Rusiya, Çin, Ukrayna, Fransa və Qətər kimi ölkələrə ixrac edir. Shahnar markası qısa müddət ərzində hər zaman ağız dadına və məhsulun keyfiyyətinə önəm verən bütün müştərilərin seçimi olmuş və Azərbaycan istehsalı olan məhsullarımız öz spesifik xüsusiyyətlərinə görə dünya bazarında da layiqli yerini tutmaqdadır.